Bank Of Baku

Prezidentliyə namizədlərin təşviqat materiallarının yapışdırılması üçün müvafiq yerlərin müəyyənləşdirilməsınə başlanılıb

Prezidentliyə namizədlərin təşviqat materiallarının yapışdırılması üçün müvafiq yerlərin müəyyənləşdirilməsınə başlanılıb
# 29 iyul 2008 11:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədlərin təşviqat materiallarının yapışdırılması üçün seçki komissiyaları və yerli icra hakimiyyəti orqanları seçki məntəqələrinin ərazisində müvafiq yerlər müəyyənləşdirməyə başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, hər seçki məntəqəsinin ərazisində müvafiq yerlər ayrılacaq. Bütün namizədlər üçün bərabər şəraitin yaradılacağını bildirən N. Məmmədov artıq Bakı şəhərinin müxtəlif yerlərində təşviqat materiallarının yapışdırılması üçün lövhələrin yerləşdirildiyini deyib: “Bu lövhələr insanların gur olduğu yerlərdə yerləşdirilir. Çünki bu lövhələrdə olan plakatları, materialları daha çox insan görməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR