Bank Of Baku

Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı və mülki işçilərinin aylıq əmək haqları artırılıb

Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı və mülki işçilərinin aylıq əmək haqları artırılıb
# 29 iyul 2008 16:06 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncam Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə imzalanıb. Sənədə əsasən, xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı orta hesabla 100 manat, mülki işçilərin aylıq əmək haqları isə orta hesabla 30 manat artırılıb. Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği də 2 dəfə artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR