Bank Of Baku

Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlər MSK-ya təqdim olunub

Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlər MSK-ya təqdim olunub
# 04 avqust 2008 13:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün lazım olan sənədlər bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. Partiya sədrinin müavini Elçin Mirzəbəylinin APA-ya verdiyi məlumata görə, namizədliyin irəli sürülməsi ilə bağlı bazar günü partiya Ali Məclisinin qərarı, namizədin səlahiyyətli nümayəndələri ilə bağlı sənədlər MSK-ya təqdim olunan sənədlərə əlavə edilib. Sədr müavini qanuna uyğun olaraq yaxın 5 gün müddətində MSK-nın müraciətə müsbət yanaşacağını və partiyaya imza vərəqələri verəcəyinə ümid etdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR