Bank Of Baku

ADP İdarə Heyəti tətilə çıxıb

ADP İdarə Heyəti tətilə çıxıb
# 04 avqust 2008 15:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti tətilə çıxıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib.

İdarə Heyətinin toplantısında ölkədəki ictimai-siyasi vəziyyət də müzakirə edilib və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi, səfir Heyki Talvitie ilə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratını təyinetmə əsasında müstəqillik verilə biləcəyi ilə bağlı səsləndirdikləri fikirlərə etiraz olaraq bəyanat qəbul olunub. ADP ABŞ hökuməti və ATƏT-dən öz nümayəndələrinin verdikləri bəyanata aydınlıq gətirmələrini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR