Bank Of Baku

Müsavat kütləvi aksiyalar keçirməyə hazırlaşır

Müsavat kütləvi aksiyalar keçirməyə hazırlaşır
# 05 avqust 2008 02:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Divanı partiyanın icra strukturlarına kütləvi aksiyaların keçirilməsi, təşkil olunması ilə bağlı təkliflər hazırlamaq tövsiyəsi verib. Müsavatın Mərkəzi İcra Aparatını rəhbəri Arif Hacılı APA-ya bildirib ki, Divanın bu gün keçirilən iclasında kütləvi aksiyaların davam etdirilməsi məqsədəuyğun sayılıb.

Divanın növbəti iclasında Mitinq Komitəsinin də təklifləri nəzərə alınmaqla növbəti mitinqin yeri və vaxtı müəyyən ediləcək. A. Hacılının sözlərinə görə, Divanda həmçinin Məclisin son iclasında qəbul edilən qərarlar müzakirə edilib: “İclasda bildirildi ki, partiya seçkidə iştirak etməsə də, fəal olmaq niyyətindədir, seçkiləri müşahidə edəcəyik, yol verilən qanun pozuntuları barədə həm məhkəmələrə, həm də ölkə və beynəlxalq ictimaiyyət məlumat verəcəyik. İstisna deyil ki, kampaniya dövründə əks məzmunlu mitinq və küçə yürüşləri keçirsin”. Partiyanın seçkidə iştirak etməyən digər müxalifət təşkilatları ilə əməkdaşlıq barədə hər hansı qərarı olmasa da, A. Hacılı bu kimi təşəbbüslərin nəzərdə tutulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR