Bank Of Baku

AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi Azərbaycan prezidentliyinə namizədliyini irəli sürüb

AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi Azərbaycan prezidentliyinə namizədliyini irəli sürüb
# 04 avqust 2008 17:09 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaq oğlu İsaqov prezidentliyə namizədliyini irəli sürüb. APA-nın məlumatına görə, Q. İsaqov KİV-ə göndərdiyi bəyanatda namizədliyinin irəli sürülməsi haqqında sənədlərin bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edildiyini bildirib: “Prezident seçkilərinin dövlətimiz və millətimiz üçün mühüm əhəmiyyəti, alternativ siyasi, iqtisadi, elmi proqramların irəli sürülməsi üçün böyük və unikal imkan olduğu, Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların siyasi elektoratını itirdiyindən seçkidə iştirak etməmək və ya boykot kimi nə Azərbaycanda, nə də dünyada heç bir siyasi əhəmiyyət və maraq kəsb etməyən qərarlar verməsi nəzərə alınaraq Azərbaycan Respublikasının prezidentliyinə namizədliyim irəli sürülüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR