Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 05 avqust 2008 06:58 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri avqustun 4-də saat 23.10-dan 23.25-dək və avqustun 5-də saat 00.30-dan 00.40-dək Ermənistan Respublikası Berd rayonunun Çinari və Noyemberyan rayonunun Vazaşen kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 08.50-dən 09.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 20.20-dən 20.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 23.20-dən 23.35-dək və avqustun 5-də saat 04.30-dan 05.15-dək isə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çaylı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR