Bank Of Baku

Prezident seçkiləri ilə əlaqədar bu gündən televiziya vasitəsilə seçicilərin maarifləndirilməsi proqramına start verilir

Prezident seçkiləri ilə əlaqədar bu gündən televiziya vasitəsilə seçicilərin maarifləndirilməsi proqramına start verilir
# 05 avqust 2008 08:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu gündən İctimai Televiziya vasitəsilə seçicilərin maarifləndirilməsi proqramına başlayacaq. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, proqramın həyata keçirilməsində məqsəd seçicilərin və digər seçki subyektlərinin seçki hüququ ilə bağlı bilgilərinin artırılmasıdır. Proqramın birinci mərhələsi avqustun sonuna qədər davam edəcək. Bu mərhələdə MSK üzvləri seçici siyahılarının dəqiqləşdirilməsindən tutmuş seçkiqabağı təşviqatın aparılması qaydaları da daxil olmaqla müxtəlif mövzularda çıxış edəcəklər. Sentyabrın əvvəllərindən isə proqramın ikinci mərhələsi başlanacaq. Bu mərhələdə seçkiqabağı təşviqatdan sonrakı seçki hərəkətlərinə dair mövzularla bağlı çıxışlar olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR