Bank Of Baku

Vasif Talıbov ATƏT-in Bakı Ofisinin rəhbərini qəbul edib

Vasif Talıbov ATƏT-in Bakı Ofisinin rəhbərini qəbul edib
# 05 avqust 2008 09:46 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Xose Luis Herreronun rəhbərliyi ilə Naxçıvana səfər edən nümayəndə heyətini qəbul edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, görüş zamanı səfir Naxçıvanda keçirilən seminarda beynəlxalq seçki standartları, seçki prosesinin müdaxiləsiz keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının vəzifə və öhdəlikləri, “Sərbəst toplaşma azadlığı haqqında” qanunun Avropa standartlarına uyğun icrası barədə müzakirələr aparılıb. Azərbaycandakı prezident seçkiləri ilə əlaqədar ATƏT-in Bakı Ofisinin fəaliyyət istiqamətləri barədə məlumat verən Xose Luis Herrero avqustun sonunadək Azərbaycana 30 nəfər uzunmüddətli, prezident seçkiləri ərəfəsində isə 450 nəfər qısamüddətli müşahidəçinin gələcəyini, onlardan bir qrupunun Naxçıvanda olacağını bildirib. O, səfərinin məqsədinin tanışlıq xarakteri daşıdığını, həmçinin ATƏT-in Bakı Ofisinin Naxçıvanla əməkdaşlıq imkanlarının müəyyən edilməsi olduğunu deyib. Görüşdə çıxış edən MR Ali Məclisinin sədri Naxçıvanda prezident seçkilərinə dair seminarın uğurlu olduğundan məmnunluğunu ifadə edərək qarşıdan gələn prezident seçkilərinin demokratik və şəffaf şəkildə keçirilməsində ilk növbədə Azərbaycan dövlətinin özünün maraqlı olduğunu deyib, Naxçıvanda prezident seçkilərinin demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib. Görüş zamanı, həmçinin ATƏT-in Bakı Ofisinin hazırladığı bir sıra layihələrin MR-da icrası üçün qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR