Azərbaycan prezidenti bütün şəhər və rayonlardan portretlərinin yığışdırılması barədə göstəriş verib
Ə. Həsənov dövlət başçısının Bakı Şəhər İcra Hakimiyyətinə və yerli icra hakimiyyəti başçılarına qısa müddətdə rayonlardan, yollardan, parklardan portretlərinin yığışdırılması haqqında göstəriş verdiyini, bundan sonra heç yerdə portretlərinin asılmamasını tapşırdığını söylədi.
Ə. Həsənov dövlət başçısının müşavirədə məruzə ilə çıxış edərək, Azərbaycanın sosial-iqtisadi inkişafında bütün sahələrdə irəliləmələrin davam etdiyini diqqətə çatdırdığını bildirdi. Şöbə müdiri dövlət başçısının bu ilin altı ayında Ümum Daxili Məhsulun 16,5 faiz təşkil etdiyini, bunun 14 faizini sənayedə, 10 faizini kənd təsərrüfatında müşahidə olunduğunu dedi. Altı ay ərzində inflyasiya 20 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 32 faiz artıb. Ölkə iqtisadiyyatına bütün mənbələr üzrə kapital qoyuluşu 4,4 milyard dollar təşkil edib ki, bunun da 3,1 milyard dolları daxili sərmayə, 1,3 milyard dolları isə xarici sərmayənin payına düşür. Özəl sektorun payı ÜDM-nın artımında 84 faiz təşkil edib. Azərbaycanın valyuta ehtiyatları 13 milyard dollardan artıqdır. Dövlət 6 ay ərzində 467 insana və ya 100 min ailəyə sosial müdafiə yardımı göstərib.
Ə. Həsənov prezidentin qarşıda bir çox vəzifələr də qoyduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısı ilk növbədə inflyasiyanın qarşısının alınması tədbirlərinin davam etdirilməsi haqda göstəriş verib: “Cənab prezident bildirib ki, bütün obyektiv, subyektiv və beynəlxalq şərtlər nəzərə alınmaqla inflyasiyaya qarşı mübarizə tədbirləri davam etdirilməlidir. Minimum təqaüd və minimum əmək haqqı artırılmalıdır. Bölgələrin inkişaf proqramı davam etdirilməli, infrastruktur layihələri tamamlanmalıdır. Xəstəxana, məktəb, mədəniyyət evləri, turistik yerlər, qaz çəkilişi, su və yol çəkilişləri həyata keçirilməli və bütün regionların inkişafı şəhərlərin inkişafına yaxınlaşdırılmalıdır. Ordu quruculuğu və müdafiə sənayesinin gücləndirilməsi tədbirləri haqqında ciddi işlər görülməlidir”.
Ə. Həsənov prezident İlham Əliyevin təhlükəsizlik məsələlərinə də toxunduğunu , Azərbaycanın özünün enerji təhlükəsizliyini təmin etdiyini, enerji ehtiyatlarını xarici bazara sərbəst çıxara bildiyi haqda məlumat verdiyini də deyib: “Dövlət başçısı qeyd etdi ki, nəqliyyat təhlükəsizliyi istiqamətində ciddi addımlar atılıb. Bakı-Tiblisi-Qars dəmiryolu və digər nəqliyyat layihələri baş çatdırılandan sonra ölkənin nəqliyyat təhlükəsizliyi də təmin olunacaq. Hazırda Bakı-Gürcüstan, Bakı-İran və Bakı-Rusiya istiqamətində avtomobil yolları çəkilir”.
Şöbə müdiri dövlət başçısının məruzəsində informasiya və ərzaq təhlükəsizliyinə də toxunulduğunu bildirib: “Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanır. Taxıl və digər ərzaq təhlükəsizliyi ilə bağlı ciddi iş getməlidir. Nazirlər Kabineti əsas prioritet fəaliyyətlərindən birini də bu sahəyə yönəltməlidir.
Ölkənin informasiya təhlükəsizliyi ilə bağlı yeniliklər həyata keçirilməlidir”.
Ə. Həsənov dövlət başçısının gələn il üçün informasiya sputniklərinin kosmosa çıxarılması və bu sahədə aparılan digər işlərlə bağlı tapşırıqlar verdiyini də bildirib.
Şöbə müdiri müşavirədə dövlət başçısının maliyyə nizam-intizamının yaradılmasına toxunduğunu da deyib: “Prezident qeyd etdi ki, büdcə imkanlarının artmasından istifadə edərək, bəzi nazirliklər, komitə və şirkətlər şişirdilmiş büdcə proqnozları hazırlamağa cəhd göstərməsinlər. Dövlətin xarici və daxili investisiya siyasəti ilə bağlı ciddi işlər görülməlidir. Daxildə dövlətə lazım olan sahələrin inkişafı təsdiq olunmalı, xarici ölkələrdə Azərbaycan kapitalını yatırılması davam etdirilmədir”.
Ə. Həsənov müşavirənin sonunda prezident İlham Əliyevin bütün şəhər və rayon icra strukturlarına xüsusi müraciət etdiyini də deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti ölkədə keçiriləcək prezident seçkisində Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunması haqqında göstəriş verib: “Dövlət başçısı bildirdi ki, seçki tam ədalətli və şəffaf keçirilməli, əhalinin etimadını qazanmalı, bütün namizədlərə bərabər təbliğat şəraiti yaradılmalıdır. Beynəlxalq standartlara cavab verən seçki keçirilməlidir. Seçkidə administrativ resurslardan qətiyyən istifadə olunmamalıdır. Prezidentliyə namizədlərin heç birinə üstünlük verilməməlidir”.
Daxili siyasət
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Xəbər Lenti
Sırski: Rusiya Ukraynanın şimalında "bufer zona" yaratmaq niyyətindədir
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır
KİV: Türkiyənin gömrük sistemində Ermənistanın rəsmi kodu tətbiq edilib
Hərbi Prokurorluq: Qeyri-hərbi cinayətlərin sayı 4,9 faiz azalıb
CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
ƏƏSMN: Ucuz mənzillər hələ də satışdadır
İran Küveytdə hərbi obyektlərə dron zərbəsi endirib, yaralılar var
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə Qaydası təsdiqlənib
Peşəkar mühasib imtahanları ilə bağlı güzəştlər müəyyənləşib
“Bank Respublika”nın maliyyə vəziyyəti məlum olub - HESABAT
ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib
Rusiya "3+3" regional əməkdaşlıq platformasının böyük potensialını görür
Lavrov: Şimal–Cənub nəqliyyat dəhlizi layihəsində tezliklə irəliləyiş gözlənilir
Aİ Rusiyaya qarşı ilk dəfə “Kiyevə zərbələrə görə” sanksiyalar tətbiq edib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
Lavrov: Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biri olaraq qalır
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 16 nəfərin nəticələri ləğv edilib
Lavrov: Rusiya Bakı ilə İrəvan arasında kommunikasiyaların bərpasına dəstək verməyə hazırdır
EHİS-in strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq
Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir
Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
Bakıda bir ayda narkotiklə bağlı 199 fakt aşkarlanıb, 161 nəfər saxlanılıb - VİDEO
Şahin Mustafayev sentyabrda Aleksey Overçukla görüşəcək
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
XİN rəhbəri Azərbaycanın “3+3”ün növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib
Ceyhun Bayramov: Azərbaycan öz ərazisindən keçən nəqliyyat imkanlarını daha da artırmağa hazırdır
Nazir: Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır
Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar
Ceyhun Bayramov-Lavrov görüşündə Xəzərin səviyyəsinin azalması probleminə xüsusi diqqət çəkilib
XİN rəhbəri: Vətən müharibəsi yeni reallıqlar yaradıb, Ermənistanla faktiki olaraq sülh mövcuddur
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb
Rusiya Ermənistan mənşəli çiçəklərin İran üzərindən reeksportundan şübhələnir
Azərbaycan XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqlayıb
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Endi Börnhem Leyboristlər Partiyasının yeni lideri seçilib
DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB
Futbol üzrə Azərbaycan Çempionatının 2026/2027 mövsümündə ilk turunun püşkü atılıb
"Bank of Baku" "Mastercard"ın Azərbaycanda ilk süni intellekt əsaslı rəqəmsal layihəsinə tərəfdaş olub
Baş prokuror Samuxda vətəndaşları qəbul edib
Nazir müavini: Vaqif Poeziya Günlərinin formatı genişlənir
Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Suriya İranın əl-Tənf bazasını bombalamasını təkzib edib