Bank Of Baku

Sərdar Cəlaloğlu ABŞ diplomatı ilə görüşüb

Sərdar Cəlaloğlu ABŞ diplomatı ilə görüşüb
# 05 avqust 2008 14:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş siyasi məsələlər üzrə müşaviri Con Hanson bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüş keçirib.

Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, tanışlıq xarakteri daşıyan görüşdə S. Cəlaloğlu Azərbaycandakı ictimai-siyasi vəziyyət və rəhbərlik etdiyi partiya haqqında diplomata məlumat verib. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra demokratik seçki perspektivinin görünmədiyini bildirən partiya sədri buna görə də ADP-nin prezident seçkilərinə qatılmadığını söyləyib. O, həmçinin Qərbin Azərbaycanda demokratik seçki keçirilməsinə səmimi dəstək vermədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR