Bank Of Baku

Açıq Cəmiyyət Partiyası prezident seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edib

Açıq Cəmiyyət Partiyası prezident seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edib
# 05 avqust 2008 14:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) da oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edib. Partiyanın sədri Akif Şahbazov APA-ya açıqlamasında bildirib ki, bu gün İdarə Heyətinin toplantısı keçirilib və rəsmi qərar verilib. “Biz Azərbaycanda yaranmış siyasi situasiyanı müzakirə etdik, Rəsul Quliyevin Azərbaycanda olmadığı təqdirdə onun qələbəsini reallaşdırmağın mümkünsüzlüyü əsas gətirilərək, ənənəvi iştirakın əhəmiyyətsiz olduğunu qənaətinə gəldik. Hakimiyyət özündə siyasi iradə taparaq Rəsul Quliyevi yola saldığı kimi geri qaytarmalı və bərabər əsaslarla seçkilərdə iştirakına şərait yaratmalıdır”. Müxalifətlə birgə addımların atılıb-atılmayacağına gəldikdə, A. Şahbazov bildirib ki, bu düşərgədə olan bir sıra partiyalar oyun qaydalarını hər dəfə pozduğu üçün belə vəziyyət yaranıb: “Müxalifətin bir araya gəlib yox verdikləri nöqsanların başlanğıc səbəblərini müzakirə etmək mümkün olarsa, o zaman həmrəylik mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR