Bank Of Baku

Prezident seçkiləri ilə əlaqədar 11 nəfərin namizədliyi irəli sürülüb

Prezident seçkiləri ilə əlaqədar 11 nəfərin namizədliyi irəli sürülüb
# 05 avqust 2008 16:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı bu günə qədər 11 nəfərin namizədliyi irəli sürülüb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat daxil olub. Namizədlər YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Yaşıllar Partiyasının sədri Mais Güləliyev, AMEA-nın Fizika İnstitutunun əməkdaşı Qüdrət İsaqov, işsiz Yaşar Əhmədov, təqaüdçü Əlimuxtar Əkbərov, Sumqayıt Mərkəzi Klinik Xəstəxanasının sanitarı Sevinc Quliyeva və həkim Vüqar Seyidovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR