Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub
06 avqust 2008 07:00 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri avqustun 5-də saat 11.45-dən 12.30-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 21.30-dan 22.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.45-dən 22.55-dək Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 22.35-dən 22.42-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.40-dan 22.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, avqustun 6-da saat 01.30-dan 02.10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Daxili siyasət
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
00:00
11 oktyabr 2024
Ali Məhkəmə və Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
12:08
8 oktyabr 2024
Deputat: Azərbaycanda sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, qanun qəbul edilməlidir
11:56
8 oktyabr 2024
Parlamentin iclası başlayıb
11:01
8 oktyabr 2024