Bank Of Baku

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən proseslər Ermənistanın xeyrinə deyil”

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən proseslər Ermənistanın xeyrinə deyil”
# 06 avqust 2008 10:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (STİM) rəhbəri Mübariz Əhmədoğlu iyul ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunu ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, mərkəz rəhbəri ötən ay müddətində dünyada ən əhəmiyyətli hadisələr kimi BMT-nin Zimbabveyə embarqo qoymasını, İranın “altılığ”ın təklifindən imtina etməsini, Rusiyanın ərazi məsələsində Çinə güzəştini, Serbiyanın Kosovonun müstəqilliyini tanıyan dövlətlərdən geri çağırdığı səfirlərin öz işlərinə geri dönməsini göstərib. M. Əhmədoğlu Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən proseslərin və hazırkı vəziyyətin Ermənistanın xeyrinə olmadığını vurğulayıb. Ekspert Rusiya prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış birgə bəyannamənin də böyük əhəmiyyət daşıdığını söyləyib. Azərbaycanda prezident seçkilərinin vaxtının təyin edilməsi, ölkə prezidentinin Gürcüstana səfəri, xaricdəki səfirlik və konsulluqların 3-cü müşavirəsi və digər hadisələr də mərkəzin aylıq analitik hesabatında öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR