Bank Of Baku

AMİP prezident seçkilərində iştirak edib-etməməklə bağlı rəsmi qərarını avqustun 9-da verəcək

AMİP prezident seçkilərində iştirak edib-etməməklə bağlı rəsmi qərarını avqustun 9-da verəcək
# 07 avqust 2008 09:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak edib-etməməklə bağlı rəsmi qərarını avqustun 9-da Siyasi Şuranın iclasında qəbul edəcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, artıq bütün müxalifət partiyaları seçkilərlə bağlı qərar qəbul edib və bu qərarlar AMİP-in də mövqeyinə təsir edəcək: “Partiyanın seçkilərdə iştirak etmək ehtimalı demək olar ki, yoxdur. Bununla belə, mən seçkilərdə iştirakın tərəfdarıyam”. Ə. Orucov Siyasi Şuranın iclasında da bu mövqeyini qurum üzvlərinin diqqətinə çatdıracağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR