Bank Of Baku

Sülhəddin Əkbər: “İndiki vəziyyətdə hakimiyyət-müxalifət dialoqunun baş tutacağına inanmıram”

Sülhəddin Əkbər: “İndiki vəziyyətdə hakimiyyət-müxalifət dialoqunun baş tutacağına inanmıram”
# 07 avqust 2008 10:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “İndiki vəziyyətdə hakimiyyətlə müxalifət arasında hər hansı dialoqun baş tutacağına inanmıram. Çünki siyasi situasiya və şərait əlverişsizdir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, Müsavat həmişə dialoqun tərəfdarı olub, lakin hakimiyyət tərəfindən atılan son addımlar dialoq mövzusunu tamamilə aradan qaldırıb: “Hakimiyyət nəinki yaxınlaşmaq istiqamətində addım atıb, əksinə, tutduğu yolda «inadla» davam etməkdədir. Qarşı tərəfi dialoqa məcbur etmək üçün Azərbaycan müxalifətinin təşkilatlanmasına ehtiyac var. Müxalifət hakimiyyəti onunla hesablaşmağa məcbur etməlidir. Əks halda hakimiyyətin yuxarıdan aşağı baxdığı müxalifətlə dialoqu mümkün deyil”. S. Əkbər Müsavat Partiyasının hazırkı məqamda dialoqu aktual hesab etmədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR