Bank Of Baku

Türkiyənin AVEA şirkəti “Karabakh Telecom”la müqaviləni ləğv edib

Türkiyənin AVEA şirkəti “Karabakh Telecom”la müqaviləni ləğv edib
# 07 avqust 2008 14:14 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dağlıq Qarabağda fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə müxtəlif ölkələrdən yüzə yaxın şirkətin müqavilə imzaladığı və bu şirkətlər arasında AVEA şirkətinin olduğu da üzə çıxıb. Mövzu ilə əlaqədar məlumat tələb edilən AVEA Rabitə Xidmətləri QSC-dən alınan cavabda “Karabakh Telecom”un həm müqavilədə, həm də yazışmalarda ünvanını səhv bildirdiyi qeyd olunub. AVEA-dan, həmçinin bildirib ki, “Karabakh Telecom”la dövriyyə müqaviləsinə əsasən, beynəlxalq dövriyyə xidməti qarşılıqlı olaraq 2005-ci ilin aprelində açılıb. Ancaq 2008-ci il avqustun 5-də bu şirkətin öz ünvanını səhv bildirməsi məlum olduqdan sonra elə həmin gün ikitərəfli müqavilə pozulub və beynəlxalq dövriyyə xidməti hər iki tərəfdən bağlanılıb.


Qeyd edək ki, AVEA ilə “Karabakh Telecom” arasında əməkdaşlığın olduğunu APA üzə çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR