Bank Of Baku

Siyavuş Novruzov: “Müxalifət partiyaları heç bir sosial bazalarının olmadığını başa düşürlər”

Siyavuş Novruzov: “Müxalifət partiyaları heç bir sosial bazalarının olmadığını başa düşürlər”
# 07 avqust 2008 14:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifət partiyalarının prezident seçkilərini boykot qərarı ondan irəli gəlir ki, həmin partiyalar heç bir sosial bazalarının olmadığını, bu seçkidə iştirak imkanlarının məhdudluğunu başa düşürlər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, ATƏT nümayəndələri Seçki Məcəlləsinin demokratik olduğunu və azad, ədalətli seçkilər keçirmək üçün yaradığını dəfələrlə bəyan ediblər: “Bu seçki prosesinə YAP-dan 30 min nəfər cəlb olunub. Belə sosial baza başqa heç bir partiyada yoxdur. Digər partiyalarda üç nəfər adam, bir papka, bir möhür var. Onların 40 min imza toplaması real deyil. Bunu nəzərə alıb biabır olmamaq üçün başqa bəhanələr gətirirlər”. S. Novruzov seçkiləri boykot edən partiyaların koalisiya yaratması ehtimalının da hakimiyyət üçün hər hansı təhlükə törətmədiyini vurğulayıb: “Biz açıq mübarizəyə həmişə hazırıq. Müxalifət istəyir koalisiya yaratsın, istəyir yaratmasın. Hansı addımları istəyirlər ata bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR