Bank Of Baku

AMİP-in Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia əsasında bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb

AMİP-in Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia əsasında bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb
# 08 avqust 2008 09:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia əsasında Səbayel rayon Məhkəməsində bu günə təyin olunmuş proses baş tutmayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, buna səbəb qarşı tərəfin məhkəməyə gəlməməsi olub. Bunu nəzərə alan hakim Rauf Əhmədov növbəti iclası avqustun 27-nə təyin edib.
Qeyd edək ki, şəhər rəhbərliyi AMİP-ə mitinqlər üçün yer vermədiyi üçün partiya ötən il Səbayel rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin olunmamışdı. İddiaya sonuncu məhkəmə instansiyası – Ali Məhkəmədə baxılıb və məsələyə yenidən baxılması üçün rayon məhkəməsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR