Bank Of Baku

Azərbaycan Milli Məclisinin bir qrup deputatı soyadını dəyişir

Azərbaycan Milli Məclisinin bir qrup deputatı soyadını dəyişir
# 08 avqust 2008 11:10 (UTC +04:00)
Soyadını dəyişmək istəyən deputatlar arasında Azay Quliyev də var. A. Quliyev APA-ya soyadını Quluzadə ilə əvəzləyəcəyini bildirib. Deputat bunun üçün artıq sənədlərini hazırladığını deyib. Soyadını dəyişmək istəyən daha bir millət vəkili isə Məlahət Həsənovadır. Xanım deputat bundan sonra Məlahət İbrahımqızı olacağını deyib. Gültəkin Hacıyeva da soyadını dəyişən millət vəkilləri sırasındadır. G. Hacıyeva APA-ya açıqlamasında artıq bununla bağlı məhkəməyə müraciət etdiyini, yaxın günlərdə Hacıbəyli soyadı ilə şəxsiyyət vəsiqəsi alacağını deyib: “İnanıram ki, digər millət vəkilləri də bu adımı atacaqlar”.
Məlumata görə, millət vəkili Qənirə Paşayevanın da parlamentin payız sessiyasında yeni soyadla iştirak edəcəyi bildirilir. Məsələni Q. Paşayevanın özü ilə dəqiqləşdirmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR