Bank Of Baku

Prezidentliyə namizədlərə dövlət büdcəsindən ayrılacaq vəsaitin məbləği artırılacaq

Prezidentliyə namizədlərə dövlət büdcəsindən ayrılacaq vəsaitin məbləği artırılacaq
# 08 avqust 2008 12:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində iştirak edəcək namizədlərin seçki kampaniyası zamanı onların seçki fonduna nəzarət edəcək. APA-nın məlumatına görə, bunu MSK-nın üzvü Ramiz İbrahimov deyib. Onun sözlərinə görə, Seçki Məcəlləsində prezidentliyə namizədin seçki fondunun yuxarı həddi 10 milyon manat müəyyənləşdirilib, namizəd bundan artıq pul xərcləməməlidir. R. İbrahimov namizədlərə dövlət tərəfindən pul ayrılacağını, bu vəsaitin də seçki fonduna daxil ediləcəyini vurğulayıb. Onun sözlərinə görə, hələlik namizədlərə nə qədər vəsait ayrılması müəyyənləşməyib: “Bu qeydə alınacaq namizədlərin sayından və dövlət tərəfindən ayrılacaq vəsaitin məbləğindən asılı olacaq”. R. İbrahimov ötən seçkilərlə müqayisədə bu il namizədlərə dövlət büdcəsindən ayrılacaq vəsaitin məbləğinin artırılacağını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR