Bank Of Baku

Hafiz Hacıyev ABŞ səfirinin müşaviri ilə görüşüb

Hafiz Hacıyev ABŞ səfirinin müşaviri ilə görüşüb
# 08 avqust 2008 14:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Cef Benetlə bu gün görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri müzakirə edilib. Görüşdə həmçinin, Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin müxalifət partiyaları ilə əlaqələrinin genişləndirilməsi, demokratiyanın inkişafı, insan haqlarının qorunması və digər məsələlər də müzakirə mövzusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR