Bank Of Baku

“Azərbaycanın bəzi KİV-də qloballaşma pərdəsi altında erməni təbliğatı” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanın bəzi KİV-də qloballaşma pərdəsi altında erməni təbliğatı” mövzusunda dəyirmi masa keçirilib
# 08 avqust 2008 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi və “İnam” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi “Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində qloballaşma pərdəsi altında erməni təbliğatı” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, “Həsrət Yolu” İctimai Birliyin sədri Esmira Orucova bir sıra ermənipərəst qüvvələrin qloballaşma pərdəsi altında yeni qonşuluq prinsiplərini əsas tutaraq, yaxın keçmişi xalqa unutdurmağa çalışdığını bildirib. O, bəzi KİV-də hətta ermənilərin günahsız olması ilə bağlı yazılara rast gəlindiyini bildirib və belə halları pisləyib. “İnam” İctimai Birliyinin sədri Ramil Məmmədli bildirib ki, Ermənistan dövlətinin rəhbərliyində təmsil olan şəxslər xalqın içərisindən çıxıb: “Əgər ermənilər düşmənçilik mövqeyi tutmasaydılar, hələ sovet dövründə azərbaycanlılara qarşı terror aktları törətməzdilər”. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı mətbuatda ermənilərin mövqeyinə uyğun olan fikirlərin səsləndirildiyini bildirib. Onun fikrincə, bu tip yazılarla cəmiyyətin diqqətini yayındırmağa çalışır və milləti baş verən hadisələrlə barışmağa vadar edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR