Bank Of Baku

Eldar Namazov da seçkidə iştirak etməyəcək

Eldar Namazov da seçkidə iştirak etməyəcək
# 08 avqust 2008 16:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov 2008-ci ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etməməklə bağlı qərar verib. E. Namazov APA-ya açıqlamasında bildirib ki, o rəhbərlik etdiyi təşkilatda və seçki kampaniyasında aktiv iştirak edəcək şəxslərlə apardığı uzunmüddətli müzakirələrdən sonra belə qərara gəlib.

E. Namazov seçkilərdə iştirak etməməsinin səbəbini azad və ədalətli seçkilər keçirmək üçün normal şəraitin olmaması ilə əlaqələndirib. O, seçkilərdə iştirak etməyən müxalifət təşkilatlarının koalisiyasının yaradılması istiqamətində konkret addımlar atılacağı halda bu prosesə qoşulacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR