Bank Of Baku

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib
# 08 avqust 2008 17:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib. APA-nın məlumatına görə, baş redaktor bu gün yaydığı bəyanatda Müsavat Partiyasının prezident seçkilərində iştirak etməmək barədə qərarının yanlış və demokratikləşmə hərəkatına zərbə olduğunu bildirib. Baş redaktor bu qərardan sonra prezidentliyə namizəd olmaq üzərində düşünməsi barədə mülahizələrinin yanlış şərh olunduğu qeyd edib: “Bundan başqa, şəxsən mənə qərəzli və düşmən münasibət bəsləyən bəzi şəxslər və muzdlu yazarlar yaranmış vəziyyətdən istifadə edərək haqqımda böhtanlar yaymağa, alçaq bir iftira kampaniyası açmağa səy göstərirlər. O cümlədən, mənim iqtidarın xüsusi tapşırıqlarını yerinə yetirərək, müxalifətin yekdil boykot mövqeyini pozmaq üçün prezidentliyə namizəd olacağımı bitmiş bir fakt kimi təqdim edirlər”.
R. Arifoğlu bu kimi iddialara hədəf olmamaq üçün namizədliyini irəli sürməmək barədə qərar verdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR