Bank Of Baku

Ermənilər yenə atəşkəsi pozublar

Ermənilər yenə atəşkəsi pozublar
# 09 avqust 2008 09:05 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 8-də saat 21.20-dən 21.40-dək və 23.10-dan 23.55-dək fasilələrlə Ermənistanın Berd rayonu Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxa Nəbi və Ağdam kəndləri ərazisində yerləşən mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumat görə, ermənilər saat 09.30-dan 09.40-dək, 23.25-dən 23.40-dək və avqustun 9-da saat 00.30-dan 00.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, həmçinin saat 22.50-dən 23.05-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR