Bank Of Baku

AXCP-nin ikinci adamı partiya sıralarını tərk edib

AXCP-nin ikinci adamı partiya sıralarını tərk edib
# 09 avqust 2008 10:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli partiya sıralarından istefa verib. O, istefa ərizəsini dünən partiyanın sədri Əli Kərimliyə təqdim edib.

AXCP sədrinin müavini Fuad Mustafayev APA-ya xəbəri təsdiqləyib. O, Q. Əlibəylinin istefasının motivlərindən xəbərsiz olduğunu, onun ərizəsi ilə tanış olmadığını deyib.

Q. Əlibəylinin özü isə telefon zənglərinə cavab verməyib. Evindən isə onun paytaxtdan kənarda olduğunu söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR