Bank Of Baku

YAP imza toplanması kampaniyasına başlayıb

YAP imza toplanması kampaniyasına başlayıb
# 09 avqust 2008 11:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin namizədliyinin qeydə alınması üçün imza toplanması kampaniyasına başlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, imza vərəqələrinin götürüldüyü vaxtdan bu günə qədər namizədliyin qeydə alınması üçün lazım olan imzaların təxminən 50 faizi toplanıb.

Partiyanın bütün rayon və şəhər təşkilatlarında 1000 nəfərə yaxın fəal imzatoplama kampaniyasına cəlb edilib. YAP qısa müddətdə kampaniyanı başa çatdırıb imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR