Bank Of Baku

İsa Qəmbər “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina etməyə hazırlaşır

İsa Qəmbər “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina etməyə hazırlaşır
# 09 avqust 2008 12:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli. APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina etməyə hazırlaşır. Bu barədə APA-ya Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, artıq partiya başqanı bununla bağlı rəhbərlikdə təmsil olunan bəzi şəxslərlə də müzakirələr aparıb. Qərarın yaxın gələcəkdə rəsmiləşdiriləcəyi gözlənilir.

Müsavat başqanı İsa Qəmbər isə APA-nın mövzu ilə bağlı sualını cavabsız qoyub. O, bunu mövzunun “qeyri-ciddiliyi” ilə əsaslandırıb.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə APA-ya bildirib ki, məsələ ilə bağlı onun İ. Qəmbərlə müzakirəsi gözlənilir. Bunun böyük ehtimalla nə zamansa baş verəcəyini deyən R. Arifoğlu yaxın aylarda belə addımın atılacağını güman edir. Bunu isə R. Arifoğlu qəzetin tam müstəqilləşməsi ilə əlaqələndirib: “Amma qeyd etməliyəm ki, mənim tərəfimdən belə bir təşəbbüs yoxdur. Əvvəldən belə razılaşmışıq ki, bu mövzuya seçkilərdən sonra qayıdacağıq və bu mövzuda tərəflər bir-birinə sürpriz etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR