Bank Of Baku

MSK daha 5 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib

MSK daha 5 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib
# 09 avqust 2008 13:05 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda prezidentliyə namizədlikləri irəli sürülmüş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, “Yaşıl Siyasət” Seçicilərin Təşəbbüs Qrupunun namizədi Mayıs Güləliyevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Qüdrət İsaqovun namizədlikləri təsdiq edilib. Toplantıda Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov, icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndələri kimi təsdiqləniblər. MSK imza vərəqələrində, namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri seçki sənədlərində əks olunmuş məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə işçi qrupu yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR