Bank Of Baku

Bir qrup ziyalı Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib

Bir qrup ziyalı Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib
# 09 avqust 2008 13:41 (UTC +04:00)
Bakı – Tiflis. Bu gün əslən Borçalıdan olan ziyalılar da daxil olmaqla, bir qrup Azərbaycan ziyalısı Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib. APA-nın məlumatına görə, piketdə Rusiya hərbi təyyarələrinin azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərini bombalamasına etiraz bildirilib. Piket iştirakçıları Rusiyadan Gürcüstana qarşı təcavüzə son qoymasını tələb ediblər. Aksiyanı işıqlandıran “Yeni Müsavat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı polis tərəfindən saxlanılıb. Jurnalist Yasamal rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR