Bank Of Baku

Azərbaycanın Gürcüstanla sərhəd rayonlarının hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib

Azərbaycanın Gürcüstanla sərhəd rayonlarının hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib
# 10 avqust 2008 10:26 (UTC +04:00)
Balakən. Hafiz Heydərov - APA. Azərbaycanın Gürcüstanla sərhəd rayonlarının hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının gücləndirilmiş iş rejiminə keçməsi qonşu ölkədə yaranmış gərgin vəziyyətlə bağlıdır. APA-nın Balakən rayonunun Gürcüstanla sərhəddə yerləşən Mazım Gömrük Keçid Məntəqəsində olan əməkdaşının verdiyi məlumata görə, hazırda ərazidə gərginlik müşahidə olunmur. İki gün əvvəllə müqayisədə, bu gün Gürcüstandan Azərbaycan tərəfə mülki əhalinin keçidi ilə bağlı güclü axın olmayıb.
Gürcüstan sərhədçiləri isə Azərbaycana keçmək istəyənləri ciddi yoxlayır, 18-45 yaş arasında olan kişilər isə ümumiyyətlə sərhəddən buraxılmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR