Bank Of Baku

“Beynəlxalq Münasibətlər üzrə Qafqaz Jurnalı”nın yeni sayı işıq üzü görüb

“Beynəlxalq Münasibətlər üzrə Qafqaz Jurnalı”nın yeni sayı işıq üzü görüb
# 11 avqust 2008 07:36 (UTC +04:00)
Berlin – APA. Almaniyada azərbaycanlı mütəxəssislərin nəşr etdirdiyi “Beynəlxalq Münasibətlər üzrə Qafqaz Jurnalı”nın (Caucasian Review of International Affairs - CRIA) yeni sayı işıq üzü görüb. Jurnalın baş redaktoru Nəsimi Ağayevin APA-ya verdiyi məlumata görə, jurnalın yay sayında müxtəlif ölkələri təmsil edən tanınmış alimlərin Gürcü-Abxaz münaqişəsində kimlik problemi, Nabucco qaz kəmərinin perspektivləri və Türkmənistanın burada oynaya biləcəyi rol, İran amili kontekstində Mərkəzi Asiya bölgəsinin geosiyasəti, Türkiyə hökumətinin Qafqaz və Mərkəzi Asiya siyasəti, həmçinin Türkiyə-Yunanıstan münasibətlərində problemlər mövzularında yazdığı məqalələr yer alıb. Yeni sayda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məşhur kitabın müəllifi Tomas de Vaal ilə Qafqazdakı münaqişələrlə bağlı müsahibə də dərc edilib.
Qeyd edək ki, CRIA ildə dörd dəfə ingilis dilində dərc olunan qeyri-kommersiya xarakterli elmi jurnaldır. Jurnalın növbəti sayı 2008-ci ilin oktyabr ayının sonunda çapdan çıxacaq. Arzu edənlər öz məqalələrini bu il sentyabrın 30-dək [email protected] ünvanına göndərə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR