Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
# 11 avqust 2008 09:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Müsavat Partiyasının, Azərbaycan Demokratik Partiyasının Gənclər Təşkilatının və Müasir Diplomatiya Akademiyasının bir qrup üzvü Gürcüstanda baş verən son hadisələrə etiraz əlaməti olaraq, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. APA-nın məlumatına görə, əllərində “Rusiya Gürcüstandan əl çək”, “Rədd olsun Rusiya” plakatları olan təşkilat üzvləri Rusiya əleyhinə şüarlar səsləndiriblər. Aksiya iştirakçıları səfirliyin binasının qarşısında toplaşsa da, əraziyə nəzarət edən polis əməkdaşları onları dərhal hadisə yerindən uzaqlaşdırıblar. Piketçilərdən 3 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR