Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə heç kimin şübhəsi olmamalıdır”

Xəzər İbrahim: “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə heç kimin şübhəsi olmamalıdır”
# 11 avqust 2008 10:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Biz Dağlıq Qarabağ münaqişəsini həll edəcəyik. Hazırda bu münaqişənin sülh yolu ilə həllinə çalışırıq. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcək və heç kimin buna şübhəsi olmamalıdır”. APA-nın məlumatına görə, bu bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. Hazırda Gürcüstanda baş verən hadisələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri barədə sualı cavablandıran diplomat bəyan edib ki, Azərbaycan öz siyasətini başqa hadisələr əsasında qurmur: “Biz real vəziyyətə baxıb öz potensialımızdan istifadə edərək problemlərimizi həll edirik. Ermənistanın təcavüzündən qurtulmaqla bağlı siyasətimiz də malik olduğumuz potensiala əsaslanır. Azərbaycan öz Silahlı Qüvvələrini və potensialını gücləndirir. Biz ərazilərimizin müdafiəsi üçün bütün hüquqi imkanlardan istifadə edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR