Bank Of Baku

Gürcüstanda çalışan yüzlərlə xarici vətəndaş Azərbaycan vasitəsilə öz ölkəsinə qayıdıb

Gürcüstanda çalışan yüzlərlə xarici vətəndaş Azərbaycan vasitəsilə öz ölkəsinə qayıdıb
# 11 avqust 2008 11:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Gürcüstandakı diplomatik nümayəndəliklərdə və xarici şirkətlərdə çalışan yüzlərlə xarici vətəndaş Azərbaycan vasitəsilə öz ölkəsinə qayıdıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib. O, Gürcüstanda yaranmış vəziyyətlə əlaqədar bu ölkədə çalışan xarici vətəndaşların Azərbaycan sərhədinə üz tutduqlarını bildirib: “Həmin insanlara yardım etmək məqsədilə Azərbaycanın müvafiq strukturları, o cümlədən Xarici İşlər Nazirliyi onlara elə sərhəddəcə ölkəmizə daxil olmaq üçün viza verir”. X. İbrahim Gürcüstanda yaşayan soydaşlarımızın da Azərbaycana gəlməsi üçün hər cür şərait yaradıldığını söyləyib. Diplomatın sözlərinə görə, Marneulinin bombardmanı zamanı həlak olanlar arasında azərbaycanlı yoxdur, Gürcüstanın Kulevi terminalında çalışan Azərbaycan vətəndaşları isə artıq vətənə qayıdıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR