Bank Of Baku

“Etnik separatizm təhlükəsi: Dağlıq Qarabağ problemi və onun həlli yolları” mövzusunda forum keçirilib

“Etnik separatizm təhlükəsi: Dağlıq Qarabağ problemi və onun həlli yolları” mövzusunda forum keçirilib
# 11 avqust 2008 11:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) “Etnik separatizm təhlükəsi: Dağlıq Qarabağ problemi və onun həlli yolları” mövzusunda forum keçirib. APA-nın məlumatına görə, forumda DAK rəhbərliyi, politoloqlar, Rusiya, Böyük Britaniya və Almaniyadan qonaqlar iştirak edib. DAK həmsədri Paşa Qəlbinur dünyada etnik separatizmin yaratdığı problemlərdən danışıb, bunun dövlətlərin və cəmiyyətlərin inkişafına əsas maneə olduğunu vurğulayıb. O, Qarabağda onillərlə əvvəl başlamış erməni separatizminin bu gün də davam etdiyini xatırladıb. Forumda Qarabağ müharibəsinin iştirakçısı, Rusiya ordusunun general-leytenantı Aleksandr Volox məruzə ilə çıxış edib. Tədbirdə hərb tarixçiləri, politoloqlar və alimlər mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR