Bank Of Baku

Rusiya aviasiyasının Gürcüstanın Azərbaycanla sərhəd ərazilərinə atdığı bombaların zərbə dalğası Balakən rayonundakı yaşayış evlərini də titrədib

Rusiya aviasiyasının Gürcüstanın Azərbaycanla sərhəd ərazilərinə atdığı bombaların zərbə dalğası Balakən rayonundakı yaşayış evlərini də titrədib
# 11 avqust 2008 12:37 (UTC +04:00)
Balakən. Hafiz Heydərov - APA. Rusiya aviasiyası bu səhər Gürcüstanın Azərbaycan sərhədinə yaxın ərazilərini bombalayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayonunun Gürcüstanla sərhəd kəndlərində yaşayan yerli sakinlər məlumat veriblər. Sakinlərin dediyinə görə, bu gün səhər saat 06:00 radələrində Rusiya aviasiyasının Gürcüstanın Azərbaycan sərhədinə yaxın ərazilərini bombardman etməsi rayonun Bedağar və Gərəkli kəndlərində, həmçinin Qabaqçöl qəsəbəsində daha çox hiss edilib. Yerli sakinlər mərmi səslərinin aydın eşidildiyini, bombardman zamanı yaranmış zərbə dalğasından yaşayış evlərinin titrədiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR