Bank Of Baku

Zəlimxan Yaqub: “Rusiya Gürcüstandan geri çəkilməlidir”

Zəlimxan Yaqub: “Rusiya Gürcüstandan geri çəkilməlidir”
# 11 avqust 2008 13:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Biz Rusiyanın birdən-birə Gürcüstana hücum etməsindən həddən artıq narahatıq. Gürcüstan azərbaycanlıları müstəqil gürcü dövlətinin, onun prezidenti Mixail Saakaşvilinin mövqeyini dəstəkləyir”. Bu sözləri APA-ya açıqlamasında əslən Borçalıdan olan Azərbaycanın xalq şairi Zəlimxan Yaqub deyib. Z. Yaqub bir dövlətin başqa bir dövlətə bu şəkildə hücumunun qəbuledilməz olduğunu bildirib: “Yəqin ki, Azərbaycanın bütün vətəndaşları və Gürcüstan əsilli ziyalılar mənim fikrimlə razı olarlar. Biz baş verənlərə qəti etiraz edirik. Gənc bir respublikanın üzərinə saysız-hesabsız hərbi texnika və təyyarələrlə hücum edib, şəhərləri darmadağın etməyi heç kim normal qarşılaya bilməz”. Z. Yaqub Gürcüstanda yaşayan azərbaycanlılarla intensiv əlaqə saxladıqlarını söyləyib. Onun sözlərinə görə, Gürcüstan azərbaycanlıları gürcü xalqı ilə birlikdə bu dövlətin mövqeyini müdafiə edir: “Cəbhəyə könüllü yollanan azərbaycanlılarla qürur duyuruq. Gürcüstan onların vətənidir. Mən Rusiyanın siyasətinin əleyhinəyəm və ona etiraz edirəm. Bu, təkcə Zəlimxan Yaqubun etirazı kimi yox, cəmiyyətin etirazı kimi qəbul olunmalıdır. Rusiya Gürcüstandan geri çəkilməlidir. Bütün problemlər danışıqlar yolu ilə həll olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR