Bank Of Baku

Azərbaycan Demokrat Partiyası: Rusiya keçmiş sovet məkanındakı bütün separatçı münaqişələrin arxasında özünün durduğunu bir daha nümayiş etdirib

Azərbaycan Demokrat Partiyası: Rusiya keçmiş sovet məkanındakı bütün separatçı münaqişələrin arxasında özünün durduğunu bir daha nümayiş etdirib
# 11 avqust 2008 14:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın bir sıra müxalifət partiyaları Gürcüstanla Rusiya arasında gedən müharibəni rəhbər strukturlarına müzakirə ediblər. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Divanın bugünkü iclasında partiya rəhbərliyi Rusiyanın təcavüzkar siyasətini pisləyib. Müsavat münaqişə bölgəsindən rus qoşunlarının çıxarılmasını, həmin əraziyə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini, problemin beynəlxalq hüquq normalarına uyğun olaraq Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edib.

Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti isə vəziyyətlə bağlı bəyanatla çıxış edib və Rusiyanı pisləyib. ADP hesab edir ki, Rusiya bu adımı ilə keçmiş sovet məkanında bütün separatçı münaqişələrin arxasında özünün durduğunu bir daha nümayiş etdirib. Partiya Rusiyanı imperiya ambisiyalarından əl çəkməyə, keçmiş SSRİ respublikalarının suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşmağa çağırıb.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurası da Rusiyanın addımlarını pisləyib və bunu Gürcüstanın daxili işinə qarışmaq kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR