Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri idarə, müəssisə və şirkət rəhbərlərinə müraciət edib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri idarə, müəssisə və şirkət rəhbərlərinə müraciət edib
# 12 avqust 2008 13:55 (UTC +04:00)
APA-nın məlumatına görə, mətbuat konfransı keçirən M. Pənahov idarə, müəssisə və şirkət rəhbərlərindən tabeliyində çalışan şəxslərin adlarının seçici siyahılarına düşməsi üçün fəal iş aparmağı, təşkilatçılıq etməyi xahiş edib.

MSK sədri bildirib ki, bəzi dövlət qurumlarının, həmçinin özəl təşkilatların rəhbərləri bu addımı atacaqları halda, qanunu poza biləcəklərini düşünürlər: “Amma burada heç bir qanun pozuntusu yoxdur. Əksinə, bununla seçici siyahılarının dəqiqləşdirilməsinə öz yardımlarını etmiş olacaqlar”.

M. Pənahov seçki komissiyalarının imkanları çərçivəsində də seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin davam etdiyini bildirib. Bu vaxta qədər isə təxminən 1 milyona qədər seçicinin ad və soyadında orfoqrafik səhv olub ki, bunlar da aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR