Bank Of Baku

MSK-nın Nəzarət Təftiş Xidməti yaradılıb

MSK-nın Nəzarət Təftiş Xidməti yaradılıb
# 12 avqust 2008 14:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qurumun Nəzarət Təftiş Xidmətinin yaradılması barədə qərar qəbul olunub. MSK-nın katibi Natiq Məmmədov bildirib ki, xidmətin yaradılmasında əsas məqsəd seçki komissiyalarına ayrılan vəsaitlərin xərclənməsinə nəzarət etməkdir.

MSK prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin səlahiyyətli nümayəndələri ilə bağlı məsələyə də baxıb. Ümid Partiyasının sədri İqbal Ağazadənin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, “Yaşıl Siyasət” Seçicilərin Təşəbbüs Qrupunun namizədi Mayıs Güləliyevin səlahiyyətli nümayəndələri təsdiqlənib. İclasda seçkilərlə əlaqədar olaraq bəzi normativ aktlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR