Bank Of Baku

Vasili İstratov: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyir”

Vasili İstratov: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyir”
# 13 avqust 2008 11:17 (UTC +04:00)
“Əgər beynəlxalq hüquq işğalçını cəzalandırmaq üçün əməliyyat keçirməyə imkan verirsə, onda niyə Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi üçün tədbirlər görülmür?” sualına rus diplomat belə cavab verib: “Siz istəyirsiniz bunu Rusiya həyata keçirsin? Biz digər ölkələrlə birlikdə vasitəçilik edirik və çalışırıq ki, münaqişə tərəfləri yaranmış vəziyyətdən çıxış yolu tapsınlar”. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gürcüstan prezidenti Mixail Saakaşvilini istefaya çağırmasına toxunan V. İstratov hesab edir ki, bu, Gürcüstan xalqı, parlamenti və Saakaşvilinin özü tərəfindən edilə bilər: “Lavrovun dediklərini bir tərəfdaş kimi Saakaşvili ilə danışıqlar aparmağın çətin olması kimi dəyərləndirmək lazımdır, Cənubi Osetiyada aparılmış əməliyyatın məqsədi kimi yox”. Səfir nazirin bəyanatından sitat gətirərək bildirib ki, Gürcüstanda hakimiyyət dəyişikliyi mexanizmi nə Rusiya, nə də digər ölkədən asılı deyil, bunu yalnız Gürcüstan özü edə bilər. Diplomatın sözlərinə görə, Gürcüstanın NATO-ya daxil olmaq istəyinin də aparılmış əməliyyata heç bir aidiyyəti yoxdur: “Rusiya öz vətəndaşları və sülhməramlılarının təhlükəsizliyini qorumaq üçün əməliyyat həyata keçirib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR