Bank Of Baku

Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident seçkilərində iştirak etməməyə qərar verib

Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident seçkilərində iştirak etməməyə qərar verib
# 13 avqust 2008 11:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. Partiya sədrinin müavini Elxan Şükürlü APA-ya bildirib ki, İ. İsmayılov oğlu Etimad İsmayılovun Rusiyada həbsi ilə əlaqədar hazırda Moskvada olduğundan seçki kampaniyasında iştirak etmək imkanı yoxdur: “İlyas İsmayılov seçkilərə namizəd olaraq qatılmaq fikrində idi, lakin Etimad İsmayılovun həbsi onun fikrini dəyişməsinə səbəb oldu”.

Partiya sədrinin bir aydan artıqdır, Rusiyada olduğunu deyən E. Şükürlü Ədalət Partiyasının seçkilərdə heç kimin namizədliyini dəstəkləməyəcəyini vurğulayıb. O, partiya üzvlərinin səsvermədə istədikləri namizədə səs verə biləcəklərinin qeyd edib: “Partiyada seçkilərdə iştirakın formaları ilə bağlı bir neçə fikir var. Bir qrup boykot variantının, başqa bir qrup isə İlham Əliyevin namizədliyini müdafiə etməyin tərəfdarıdır. Yekdil fikir olmadığından partiya üzvlərinə sərbəstlik vermək qərarına gəldik”.

E. Şükürlü Ədalət Partiyasından başqa bir şəxsin namizədliyinin irəli sürülə biləcəyi haqda yayılan məlumatları da təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR