Bank Of Baku

Sərdar Cəlaloğlu: “İndiki mərhələdə müxalifətin koalisiyasını yaratmağa ehtiyac yoxdur”

Sərdar Cəlaloğlu: “İndiki mərhələdə müxalifətin koalisiyasını yaratmağa ehtiyac yoxdur”
# 13 avqust 2008 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Biz müxalifətin prezident seçkilərini ümumi boykot qərarı verməsindən sonra bəyan etmişik ki, daha geniş əməkdaşlıq üçün imkanlar yaranıb. Hazırda da əməkdaşlığın formalarının tapılması ilə bağlı həm partiya, həm blok daxilində, həm də blokdan kənar məsləhətləşmələr aparırıq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib.

O, koalisiyanın yaradılması prosesinin hələlik məsləhətləşmələr səviyyəsində olduğunu, bu səbəbdən də ciddi nəticə əldə edilmədiyini bildirib. Prosesdə hansı partiyaların iştirak etməsinə gəldikdə, Ə. Kərimli bu barədə detallı məlumat vermək istəməyib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da koalisiyanın yaradılması ilə bağlı müxalifətdaxili məsləhətləşmələrin başladığını qeyd edib: “Amma hələ ciddi qərar yoxdur. İndiki məqamda məsləhətləşmələr ənənəvi müttəfiqlər arasında aparılır”.

S. Cəlaloğlunun fikrincə, indiki mərhələdə koalisiya yaratmağa ehtiyac yoxdur: “Situasiya kifayət qədər qaranlıqdır. Rusiyanın Gürcüstana təcavüzü yeni situasiya yaradıb. Biz regional vəziyyətdən çıxış edib müvafiq hədəfləri müəyyənləşdirməli, siyasi qüvvələrin birliyini yaratmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR