Bank Of Baku

Əli Kərimli: “Qulamhüseyn Əlibəyli seçkilərə prezident olmaq üçün yox, başqa məqsədlə qatılıb”

Əli Kərimli: “Qulamhüseyn Əlibəyli seçkilərə prezident olmaq üçün yox, başqa məqsədlə qatılıb”
# 13 avqust 2008 13:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədi - APA. “Qulamhüseyn Əlibəylinin AXCP-dən istefa verməsinə təəssüflənir, bunu həm özüm, həm də partiya üçün itki hesab edirəm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. O, Q. Əlibəylinin istefasına baxmayaraq, partiyanın öz siyasi xəttinə sadiq qaldığını qeyd edib: “Biz öz siyasi xəttimizdə, tutduğumuz mövqedə israrlıyıq. Bu yolda itkilərə, məhrumiyyətlərə, təzyiqlərə məruz qalsaq da, öz siyasi xəttimizi davam etdirəcəyik”.

Q. Əlibəylinin prezidentliyə namizədliyini irəli sürməsinə gəldikdə, Ə. Kərimli bunun səbəblərinə keçmiş partiyadaşının özünün daha yaxşı aydınlıq gətirdiyini bildirib: “Qulamhüseyn Əlibəyli özü söylədi ki, seçkilərə prezident olmaq üçün qatılmayıb. Başqa məqsədlə, siyasi divident əldə etmək üçün bu addımı atıb. Həm də partiya yaratmaq fikrindədir”.

Ə. Kərimli partiyadaxili müzakirələrdə də Q. Əlibəylinin həmişə seçkilərdə iştirak etməyin tərəfdarı olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR