Bank Of Baku

Məzahir Pənahov Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

Məzahir Pənahov Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
# 13 avqust 2008 15:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir PənahovABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Arien de Vulfla görüşüb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə M. Pənahov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında danışıb, komissiyanın ATƏT, Avropa Şurası, Seçki Sistemləri üzrə Beynəlxalq Fond və bu kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib. M. Pənahov ölkədə keçirilən bütün seçkiləri beynəlxalq qurumların yüzlərlə təmsilçisinin müşahidə etdiyini vurğulayıb. MSK sədri həmçinin, 15 oktyabr prezident seçkilərinin keçirilməsi ilə bağlı hazırlıq işlərinin aparıldığını, respublikada seçkilərin keçirilməsi üçün demokratik şəraitin və ictimai-siyasi sabitliyin mövcud olduğunu bildirib. MDİ nümayəndəsi isə MSK sədri ilə görüşün tanışlıq xarakteri daşıdığını bildirib və qarşıdan gələn prezident seçkilərinin təmsil etdiyi qurumun diqqət mərkəzində olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR