Bank Of Baku

ADP sədri indiki məqamda kütləvi aksiyaların keçirilməsini məqbul saymır

ADP sədri indiki məqamda kütləvi aksiyaların keçirilməsini məqbul saymır
# 14 avqust 2008 09:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “İndiki şəraitdə müxalifət partiyaları nadir hallarda kütləvi aksiyalar keçirməlidir. Tez-tez mitinq təyin etməyə, bununla bağlı hökumətə müraciət ünvanlamağa ehtiyac yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, ADP, ümumiyyətlə, icazəsiz kütləvi tədbirlərin keçirilməsinin əleyhinədir: “Digər tərəfdən, bu aksiyalarda daha çox xalqın idarəsi ifadə olunmalıdır, nəinki siyasi qüvvələrin...”

S. Cəlaloğlunun sözlərinə görə, hazırda qonşu ölkədə müharibə gedir, Azərbaycan isə seçki ərəfəsindədir. Bu səbəbdən indiki məqamda keçiriləcək aksiyaların konkret hədəfi olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR