Bank Of Baku

Azərbaycandakı siyasi partiyalar dövlət büdcəsindən maliyyələşə bilər

Azərbaycandakı siyasi partiyalar dövlət büdcəsindən maliyyələşə bilər
# 14 avqust 2008 10:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Siyasi partiyaların maliyyələşməsi prosesindəki bəzi şübhəli məqamlar, cəmiyyəti narahat edən nüanslar nəzərə alınarsa, Azərbaycan dövlətinin imkanları artdıqca, bu institutların maliyyələşməsi dövlət büdcəsindən həyata keçirilə bilər”. APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, müasir dünyada siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi təcrübəsi mövcuddur. Şöbə müdiri siyasi partiyaların dövlətdən maliyyələşməsi ilə bağlı fikirlərin Azərbaycanda uzun müddətdir ki, səsləndiyini, bu istiqamətdə müzakirələrin aparıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR